2025-ci ildə dünyada turistlərin ən çox səfər etdiyi şəhərlərin siyahısı dərc olunub.
Redaksiya xəbər verir ki, siyahıya 32,4 milyon səfərlə Taylandın paytaxtı Banqkok liderlik edib. İstanbul 23 milyon ziyarətçi ilə ikinci, London isə 21,7 milyon nəfərlə üçüncü sırada qərarlaşıb.
Ümumilikdə dünyanın ilk onluğu belədir:
- Banqkok – 32,4 milyon
- İstanbul – 23 milyon
- London – 21,7 milyon
- Honkonq – 20,5 milyon
- Məkkə – 19,3 milyon
- Antalya – 19,3 milyon
- Dubay – 18,2 milyon
- Makao – 18 milyon
- Paris – 17,4 milyon
- Kuala Lumpur – 16,5 milyon
Beləliklə, İstanbul və Antalya dünyanın ən çox ziyarət edilən 10 şəhəri arasında yer almağı bacarıb.
Sevinc Kərimova


