İstifadəçi Qaydaları
Son yenilənmə tarixi: 28 Aprel 2025
Bu sənəd, Redaksiya MMC (bundan sonra “Redaksiya” adlandırılır) tərəfindən idarə olunan https://redaksiya.az portalı və ona bağlı KİV-lərdən (baku.news, inter.az, ekspres.az, avtor.az və s.) istifadə edən şəxslərin, o cümlədən "Redaksiya və Media Müqaviləsi" və digər yazılı müqavilələr əsasında xidmət alan Sifarişçilərin hüquq və öhdəliklərini müəyyən edir. Burada qeyd olunan qaydalar, istifadəçilərin, xəbər göndərənlərin və reklam sifarişçilərinin portal daxilindəki hərəkətlərini, habelə "Redaksiya və Media Müqaviləsi" çərçivəsində göstərilən xidmətlərlə bağlı ümumi şərtləri tənzimləyir. Portalın hər bir istifadəçisi və ya xidmət sifarişçisi bu İstifadəçi Qaydalarını qəbul etmiş sayılır.
1. ÜMUMİ ŞƏRTLƏR
1.1. Portalın bütün məzmunu yalnız məlumat məqsədilə paylaşılır. Redaksiya yayımlanan xəbərlərin tam dəqiqliyinə zəmanət vermir və istifadəçilər bu məlumatlardan istifadə edərkən məsuliyyəti öz üzərlərinə götürürlər (bax: Maddə 6).
1.2. Saytdakı bütün materiallar müəllif hüquqları ilə qorunur. Yazılı icazə olmadan onların tam və ya qismən surətinin çıxarılması, yayılması, təhrif edilməsi və ya istifadəsi qanunla qadağandır. Müəllif hüquqları barədə daha ətraflı məlumat Müəllif Hüquqları və Məsuliyyət bölməsində (Maddə 6) verilmişdir.
1.3. Portalda yayımlanan materiallardan yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər.
1.4. İstifadəçi saytdan istifadə etməyə davam etməklə bu Qaydaları, o cümlədən onların gələcəkdə əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə biləcəyini (bax: Maddə 9) qəbul edir.
2. XƏBƏR GÖNDƏRMƏ QAYDALARI
2.1. İstifadəçilər və müəlliflər öz xəbər və məqalə təkliflərini yalnız redaktor@redaksiya.az elektron poçt ünvanına göndərməlidirlər.
2.2. Göndərilən hər bir material (xəbər, məqalə və s.) aşağıdakı minimal tələblərə cavab verməlidir:
Başlıq: Mövzunu dolğun və dəqiq ifadə edən, cəlbedici başlıq.
Mətn: Tam, aydın, qrammatik cəhətdən doğru və oxunaqlı mətn. Xəbərin/məqalənin mənbələri (əgər varsa) dəqiq şəkildə göstərilməlidir.
Şəkil: Materiala uyğun, yüksək keyfiyyətli və tercihen horizontal formatda şəkil əlavə edilməlidir.
2.3. Başqa mənbələrdən əldə edilən xəbərlər göndərilərkən aşağıdakı qaydalara əməl olunmalıdır: İlkin mənbənin adı və linki dəqiq şəkildə göstərilməlidir. Göndərilən məlumatın doğruluğunu yoxlamaq və göstərilən məlumatın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olduğunu təmin etmək xəbər göndərən şəxsin birbaşa məsuliyyətidir.
2.4. Xəbər göndərən şəxs göndərdiyi mətnlərin və vizual materialların (şəkillər, videolar və s.) müəllif hüquqlarına riayət olunmasına, mənbələrin dəqiqliyinə və Azərbaycan Respublikasının qanunvericiliyinə (xüsusilə KİV, reklam, informasiya və əqli mülkiyyət haqqında qanunlara) uyğunluğuna görə tam məsuliyyət daşıyır.
2.5. Göndərilən xəbərlər Redaksiyanın redaksiya siyasətinə və portalın məzmun standartlarına uyğunluq baxımından yoxlanılır və yalnız təsdiqləndikdən sonra yayımlanır. Redaksiya hər hansı bir materialı yayımlamaqdan imtina etmək hüququnu özündə saxlayır.
2.6. Redaksiyanın göndərilən xəbər və məqalələrin başlığını, məzmununu redaktə etmək, qısaltmaq, dəyişmək və ya tamamilə silmək hüququ vardır.
2.7. Kommersiya və ya reklam məqsədilə xəbər şəklində təqdim olunan materiallar (native advertising, sponsorlu məqalələr) yalnız "reklam", "sponsorlu məqalədir" və ya oxşar qeydlərlə və Redaksiyanın tələb etdiyi hallarda açıq şəkildə əlavə oluna bilər. Belə materialların yayımlanması üçün adətən ayrıca müqavilə və ya ödənişli razılaşma tələb olunur (bax: Maddə 3).
3. REKLAM XİDMƏTLƏRİ VƏ SİFARİŞ PROSESİ
3.1. Redaksiya portal və ona bağlı KİV-lər üzərində müxtəlif reklam və media xidmətləri təklif edir. Bu xidmətlərlə bağlı bütün mövcud paketlər, texniki şərtlər və qiymətlər barədə ətraflı məlumat https://redaksiya.az/xidmetler səhifəsində və endirilə bilən "Redaksiya Kataloqu"nda göstərilmişdir. Sifarişçi xidmət sifariş etməzdən əvvəl bu sənədlərlə tanış olmalıdır.
3.2. Reklam və media xidmətlərinin sifarişi ödənişli əsasda aparılır və yalnız aşağıdakı vasitələrdən biri ilə ödənişin təsdiqlənməsindən sonra rəsmi olaraq qəbul edilmiş sayılır:
Veb-sayt üzərindən online paket seçimi və ödəniş keçidi vasitəsilə həyata keçirilən sifarişlər (https://redaksiya.az/xidmetler).
Birbaşa ödəniş keçidi ilə tamamlanmış ödənişlər.
Qeyd olunan bank rekvizitlərinə bank köçürməsi vasitəsilə edilən ödənişlər.
3.3. Ödəniş Redaksiya tərəfindən təsdiqləndikdən sonra reklam və ya sifariş edilən media materialı adətən 3 iş günü ərzində (xidmətin növündən asılı olaraq texniki tələblər və əlavə razılaşmalar fərqli ola bilər) portalda yerləşdirilir.
3.4. Reklam və ya media materialının yerləşdirilmə müddəti yalnız tam ödəniş Redaksiyanın hesabına daxil olduqdan sonra başlayır.
3.5. Redaksiya reklam xarakterli materialların, o cümlədən sponsorlu məqalələrin başlanğıc və ya son hissəsində "Reklamdır", "Sponsorlu məqalədir" və ya oxşar müəyyənedici qeydləri əlavə etmək hüququnu özündə saxlayır.
3.4. Redaksiya müəyyən kampaniyalar çərçivəsində istifadəçilərə kupon və endirim kodları təqdim edə bilər. Kupon və endirim kodlarının istifadə müddəti, şərtləri və tətbiq olunduğu xidmətlər barədə ətraflı məlumat kampaniya elanlarında, xüsusi səhifələrdə və ya Redaksiyanın rəsmi bildirişlərində qeyd edilir. Əgər kuponun şərtlərində başqa cür göstərilməyibsə, kuponlar yalnız bir dəfə istifadə edilə bilər və digər endirimlərlə birləşdirilə bilməz. Kuponların istifadəsi zamanı sifarişin ümumi dəyəri, xidmət növü və istifadə sahəsi Redaksiyanın müəyyən etdiyi qaydalara uyğun tənzimlənir.
3.5. Kuponlar və endirim kodları fərdi istifadə üçün nəzərdə tutulmuşdur və başqa şəxslərə ötürülə, satıla və ya paylaşdırıla bilməz. Belə halların müəyyən edilməsi halında, Redaksiya kuponun qüvvəsini ləğv etmək və sifarişi etibarsız hesab etmək hüququnu özündə saxlayır.
4. GERİ QAYTARMA SİYASƏTİ
4.1. Reklam və media xidmətlərinin spesifik xarakterini nəzərə alaraq, sifariş edilmiş xidmətlər (məsələn, banner reklamları, sponsor məqalələr, PR yazılar, sosial media paylaşımları, brendləşdirilmiş kontent, premium yerləşdirmə və s.) başlandıqdan və ya portalda/əlaqəli KİV-lərdə yayımlandıqdan sonra ümumiyyətlə geri qaytarılmır və ödənişlər kompensasiya edilmir.
4.2. Yuxarıda qeyd olunan hallar yalnız Redaksiya tərəfindən texniki səbəblərlə xidmətin yayımlanmadığı və ya sifariş edilmiş xidmətin portalın/KİV-in fəaliyyətində yaranan nasazlıqlar səbəbindən 24 saatdan artıq dayandığı hallar istisna təşkil edə bilər. Belə hallarda məsələyə fərdi qaydada baxılır.
4.3. Geri qaytarılma tələbinə baxılması üçün maksimum müddət 5 iş günüdür.
4.4. Geri qaytarma prosesi, istisnalar və tələblər barədə daha ətraflı və dəqiq məlumat üçün lütfən, Qaytarma Şərtləri səhifəsinə daxil olun: https://redaksiya.az/qaytarma.
5. MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK
5.1. İstifadəçi, xəbər göndərən və ya sifarişçinin Redaksiyaya təqdim etdiyi şəxsi məlumatlar (ad, soyad, email ünvanı, telefon nömrəsi və s.) məxfi saxlanılır.
5.2. Bu məlumatlar yalnız sifariş edilən xidmətin göstərilməsi, Müqavilənin icrası, istifadəçi ilə əlaqə saxlamaq və portalın fəaliyyətini təkmilləşdirmək üçün istifadə olunur və İstifadəçinin razılığı olmadan üçüncü şəxslərlə paylaşılmır.
5.3. Redaksiya İstifadəçi məlumatlarının konfidensiallığına və onların icazəsiz giriş, istifadə, dəyişdirilmə və ya yayılmasından qorunmasına görə məsuliyyət daşıyır.
5.4. Yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda və müvafiq dövlət orqanlarının qanuni tələbi əsasında şəxsi məlumatlar təqdim oluna bilər.
6. MÜƏLLİF HÜQUQLARI VƏ MƏSULİYYƏT
6.1. İstifadəçi/redaktor tərəfindən portalda yayımlanması üçün təqdim edilən bütün materiallara (mətn, şəkil, video və s.) dair müəllif və ya istifadə üçün lisenziya hüquqları materialı təqdim edən şəxsə aiddir. Göndərən şəxs materialları yayımlamaq üçün Redaksiyaya müvafiq icazə verdiyini təsdiq edir.
6.2. Əgər Redaksiya tərəfindən yayımlanan məzmun üçüncü tərəflərin müəllif hüquqlarını pozarsa, bu pozuntuya görə tam məsuliyyət materialı Redaksiyaya göndərən şəxsə aiddir.
6.3. Portalda yayımlanan xəbər və materialların İstifadəçi tərəfindən istifadəsindən (məsələn, paylaşılması, istinad edilməsi) irəli gələn hər hansı hüquqi nəticəyə görə məsuliyyət materialı istifadə edən şəxsə aiddir.
6.4. İstifadəçi bu Qaydaların və ya Azərbaycan Respublikası qanunvericiliyinin pozulması nəticəsində yaranan hər hansı üçüncü tərəf iddialarından, tələblərindən və zərərlərdən (o cümlədən hüquqi xərclərdən) Redaksiyanı qorumağa və zərərsiz saxlamağa razıdır.
7. TEXNİKİ STANDARTLAR VƏ OPTİMALLIQ
7.1. Redaksiya portal və ona bağlı KİV saytlarının texniki keyfiyyətini, sürətini (o cümlədən Google PageSpeed göstəricilərinin yüksək olmasını) və əlçatanlığını təmin etmək üçün kommersiya baxımından ağlabatan səylər göstərir.
7.2. Lakin, üçüncü tərəf provayderlərindən (məsələn, hosting, CDN xidmətləri) asılılıq, internet infrastrukturu problemləri və ya sistem xarici (fors-major) amillərə görə portalın fasiləsiz və tam funksional işləməsinə dair mütləq zəmanət verilmir.
7.3. Redaksiya, yayımlanan reklam və ya media materiallarının axtarış sistemlərində (Google, Yandex və s.) spesifik mövqelərə çıxmasına dair konkret zəmanət vermir. Axtarış nəticələri bir çox xarici amillərdən asılıdır.
8. MÜBAHİSƏLƏRİN HƏLLİ
8.1. Portalın fəaliyyəti, İstifadəçi Qaydaları və ya xidmətlərin göstərilməsi (o cümlədən "Redaksiya və Media Müqaviləsi" çərçivəsində yaranan) ilə bağlı hər hansı mübahisələr yaranarsa, tərəflər ilkin olaraq qarşılıqlı razılıq əsasında danışıqlar yolu ilə problemi həll etməyə çalışacaqlar.
8.2. Əgər danışıqlar nəticəsində razılıq əldə olunmazsa, məsələ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə məhkəmələr tərəfindən həll ediləcəkdir.
9. QÜVVƏDƏLİK VƏ DƏYİŞİKLİKLƏR
9.1. Bu İstifadəçi Qaydaları portalda yayımlandığı andan etibarən qüvvəyə minir və əvvəlcədən xəbərdarlıq edilmədən Redaksiya tərəfindən istənilən vaxt dəyişdirilə bilər.
9.2. Qaydalara edilən dəyişikliklər dərhal qüvvəyə minir və saytda dərc edildiyi andan etibarən bütün mövcud və gələcək sifarişlərə, xəbər paylaşmağa, ümumi istifadəyə və "Redaksiya və Media Müqaviləsi" çərçivəsindəki münasibətlərə şamil edilir.
9.3. Qaydaların ən son və aktual versiyası hər zaman https://redaksiya.az/iq səhifəsində yayımlanır. İstifadəçilər və sifarişçilər bu səhifəni mütəmadi olaraq yoxlamalı və dəyişikliklərlə tanış olmalıdırlar. Saytdan istifadə etməyə və ya xidmətləri sifariş etməyə davam etməklə, istifadəçilər dəyişdirilmiş şərtləri qəbul etmiş sayılırlar.
9.4. Qaydalarla "Redaksiya və Media Müqaviləsi" və ya hər hansı digər xüsusi müqavilə arasında ziddiyyət yaranarsa, İstifadəçi Qaydaları hüquqi cəhətdən üstünlük təşkil edir (bax: Redaksiya və Media Müqaviləsi 10.7-ci maddəsi). Bu səbəbdən xüsusi müqavilə bağlayan tərəflər də İstifadəçi Qaydalarına əməl etməlidirlər.
10. HÜQUQİ ƏSASLAR
10.1. Bu İstifadəçi Qaydaları Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktlarına əsaslanaraq hazırlanmışdır:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu.
“Əqli Mülkiyyət hüquqlarının təminatı və Azərbaycan Respublikasında onların icrası” haqqında Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xüsusən 408-ci maddə — Müqavilənin bağlanması yolları).
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu.
"Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktları.
11. ƏLAQƏ
11.1. Bu Qaydalarla bağlı hər hansı əlavə sualınız olarsa və ya Redaksiya ilə əlaqə saxlamaq istəyirsinizsə, aşağıdakı məlumatlardan istifadə edə bilərsiniz:
Elektron poçt: redaktor@redaksiya.az (Xəbər və redaksiya ilə bağlı suallar, təkliflər üçün)
Veb-sayt əlaqə səhifəsi: https://redaksiya.az/elaqe (Ümumi suallar, əməkdaşlıq təklifləri və digər müraciətlər üçün)
Müraciətlər adətən ən gec 2 iş günü ərzində cavablandırılır.
