AS TB 0 - 728x90
IMG 20260211 WA0020 scaled

Mançester Yunaytedin qələbə seriyası yenə yarımçıq qaldı

İngiltərə futbolunda maraqlı iddia ilə gündəmə gələn azarkeş Frank Ilettin 494 gündür davam edən “saç kəsdirməmək” seriyası növbəti oyundan sonra da bitməyib. O, Mançester Yunaytedin ardıcıl 5 oyun qazanacağı təqdirdə saçını kəsdirəcəyini bildirmişdi.

Redaksiya xəbər verir ki, komandanın Mançester Siti, Arsenal, Fulhem və Tottenhem üzərində əldə etdiyi qələbələrdən sonra ümidlər artsa da, 18-ci oyunda Vest Hemlə 1-1 hesablı heç-heçə bu seriyanı yarımçıq qoyub. Bununla da Yunayted yenidən ardıcıl 5 qələbə qazanmaq imkanını əldən verib.

Beləliklə, Frank Ilettin qeyri-adi vədi 494-cü günə çatıb və hələ də qüvvədə qalır. Azarkeşlər sosial şəbəkələrdə bu vəziyyəti zarafatla “lənət” adlandırırlar. Komandanın növbəti matçlarda necə nəticə göstərəcəyi isə həm azarkeşlər, həm də idman ictimaiyyəti tərəfindən maraqla izlənilir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu