2025-ci ilin ilk 7 ayı ərzində Türkiyədə 40 min hektara yaxın meşəlik və təbii ərazi yanğının qurbanı olub. Bu göstərici 60 min futbol meydançasına, İstanbulun təxminən 75 faizinə və Nyu-York şəhərinin təqribən 5 qatına bərabər bir sahəni əhatə edir.
Redaksiya xəbər verir ki, yanğınların əsas səbəbi quraqlıq, temperaturun kəskin artması və insan faktorudur. Xüsusilə Aralıq dənizi bölgəsində baş verən yanğınlar yaşayış məntəqələrinə və kənd təsərrüfatına da ciddi zərər vurub.
Türkiyənin Meşə Baş İdarəsi tərəfindən yayımlanan ilkin məlumatlara görə, söndürmə işlərinə minlərlə yanğınsöndürən, onlarla helikopter və təyyarə cəlb olunub. Ekoloqlar vəziyyətin ciddiliyinə diqqət çəkərək, təbii fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Sevinc Kərimova


