AS TB 0 - 728x90
B3f1dac0 7903 11f0 8815 0b32e54e3c9c.jpg 2.webp

22 ölkədən İsrailin E1 layihəsinə sərt etiraz

İngiltərə və 21 beynəlxalq tərəfdaş ölkə İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirməyi planlaşdırdığı “E1 Layihəsi”nə qarşı sərt reaksiya göstərib.

Redaksiya xəbər verir ki, Böyük Britaniya, Kanada və Avropa İttifaqı ölkələrinin də daxil olduğu 22 dövlətin yaydığı birgə bəyanatda bu qərar “beynəlxalq hüququn pozuntusu” kimi qiymətləndirilib.

Birgə açıqlamada bildirilib ki, İsrailin E1 bölgəsində məskunlaşma planları iki dövlətli həll yolunu mümkünsüz hala gətirəcək. “Bu qərar qəbuledilməzdir, dərhal geri çəkilməlidir” – deyə vurğulanıb. Açıqlamada həmçinin İsrailin maliyyə naziri Bəzalel Smotriçin planın Fələstin dövlətini parçalayacağı və fələstinlilərin Qüdsə çıxışını məhdudlaşdıracağı barədə sözlərinə diqqət çəkilib.

İngiltərə hökuməti diplomatik addım ataraq İsrailin Londondakı səfiri Tsipi Hotovelini Xarici İşlər Nazirliyinə çağırıb. Rəsmilər bəyan ediblər ki, E1 layihəsinin həyata keçirilməsi gələcək Fələstin dövlətini iki yerə böləcək və iki dövlətli həll imkanlarını ciddi şəkildə zəiflədəcək.

“E1 Layihəsi” Şərqi Qüdsün tarixi fələstinli məhəlləsi Əzəriyyənin yaxınlığında yerləşən Maale Adumim yaşayış məntəqəsini Qüdsün qərb hissəsinə birləşdirməyi hədəfləyir. Bu məqsədlə on minlərlə sot fələstin torpağı müsadirə olunub və bölgədə 4 mindən artıq qanunsuz mənzil və otelin inşası planlaşdırılıb.

Mütəxəssislərin fikrincə, bu layihə Şərqi Qüds ilə Qərbi Sahil arasındakı bağlantını kəsərək Fələstin torpaqlarını təcrid etməyi hədəfləyir.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu