Beynəlxalq təhlükəsizlik institutlarının apardığı araşdırmaya əsasən, mümkün qlobal müharibə və nüvə qarşıdurması zamanı ən təhlükəsiz ölkələrin siyahısı müəyyən edilib.
Redaksiya xəbər verir ki, siyahıya birinci yerdə İslandiya, ikinci yerdə İrlandiya, üçüncü yerdə isə Yeni Zelandiya daxil olub. Bu ölkələr coğrafi mövqelərinə, hərbi neytrallıqlarına və daxili sabitliklərinə görə yüksək bal toplayıblar.
Azərbaycan isə 163 ölkə arasında 95-ci yerdə qərarlaşıb. Region ölkələri ilə müqayisədə bu, mühüm irəliləyiş sayılır. Ekspertlər Azərbaycanın artan siyasi sabitliyini, təhlükəsizlik tədbirlərini və strateji yerləşməsini bu nəticənin əsas səbəbləri kimi qiymətləndirirlər.
ABŞ 128-ci, Türkiyə 146-cı, Rusiya isə ən sonda, 163-cü yerdə qərarlaşıb. Siyahı hazırlanarkən ölkələrin coğrafi mövqeyi, münaqişə riskləri, nüvə infrastrukturlarının hədəf potensialı, daxili sabitlik və enerji təhlükəsizliyi kimi meyarlar əsas götürülüb.
Azərbaycanın mövqeyi, xüsusilə regionda artan strateji əhəmiyyət fonunda ölkənin beynəlxalq səviyyədə təhlükəsizlik baxımından daha güclü imic qazandığını göstərir.
Sevinc Kərimova



