Türkiyə Böyük Millət Məclisinə CHP-dən seçilmiş 61 millət vəkilinin toxunulmazlığının qaldırılması üçün rəsmi təqdimat göndərilib.
Redaksiya xəbər verir ki, təqdimatda maraqlı bir detal diqqət çəkib. Belə ki, sənəddə hazırda AK partiyasının millət vəkili olan Serap Yazıcı Özbudunun imzasının da yer aldığı məlum olub.
Serap Yazıcı Özbudun daha əvvəl CHP siyahılarından seçkilərə qatılmış, lakin sonradan AK partiyası sıralarına keçmişdi.
Təqdim edilən fezləkələrdə hansı konkret ittihamların və səbəblərin göstərildiyi barədə hələlik ətraflı məlumat verilməyib. Məclisdə prosesin yaxın günlərdə davam etdiriləcəyi gözlənilir.
Sevinc Kərimova


