ABŞ-ın Bağdaddakı səfirliyi, regiondakı artan təhlükəsizlik riskləri səbəbilə zəruri hallarda işçi heyətini təxliyə etmək planını hazırlayır.
Redaksiya xəbər verir ki, Reuters-in məlumatına görə, təhlükəsizlik şəraiti pisləşdiyi üçün səfirlik işçilərinə sifarişli təxliyyə əmri verilməsi planlaşdırılır. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi Bəhreyn, Küveyt və digər ölkələrdəki hərbi personalın ailə üzvlərinin könüllü çıxışı üçün icazə verib.
Pezident Tramp İranla nüvə danışıqlarının dayanması halında hərbi variantı gündəmə gətirib, İran isə ABŞ bazalarına raket hücumları ilə hədələyib . Bu addım regional gərginliyi artırıb, neft qiymətlərinin dünya bazarında yüksəlməsinə səbəb olub və Birləşmiş Krallığın dəniz nəqliyyatı agentliyi təhlükə barədə xəbərdarlıq edib.
Sevinc Kərimova


