AS TB 0 - 728x90
Images 69

ABŞ bombardmançıları Venesuela yaxınlığında uçuş həyata keçirdi

ABŞ Hərbi Hava Qüvvələri Venesuela sahillərinə yaxın ərazidə iki ədəd B-1 strateji bombardmançısını havaya qaldırıb. Uçuşlar beynəlxalq hava məkanında baş versə də, hadisə Karakas üzərində artan təzyiqin yeni mərhələsi kimi qiymətləndirilir.

Redaksiya xəbər verir ki, bu addım ABŞ-ın bir qədər əvvəl B-52 və F-35 təyyarələrinin iştirakı ilə keçirdiyi “hücum nümayişi”ndən sonra gəlib. “The Wall Street Journal” nəşrinin məlumatına görə, bu uçuşlar Prezident Nikolas Maduronun hakimiyyətinə qarşı Vaşinqtonun diplomatik və hərbi təzyiqlərinin davamı hesab olunur.

Ekspertlər bildirir ki, ABŞ-ın son əməliyyatları bölgədəki qüvvə balansını dəyişə və Karakasla Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Venesuela tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu