ABŞ-ın Nevada ştatında keçirilən polis əməliyyatı zamanı İsrail hökumətinin kibertəhlükəsizlik rəsmisi Tom Artiom Aleksandroviç həbs edilib.
Redaksiya xəbər verir ki, Aleksandroviç internet vasitəsilə azyaşlıya cinsi məqsədlə yaxınlaşmaqda ittiham olunur. O, 10 min dollar girov qarşılığında azadlığa buraxılaraq İsrailə qayıdıb.
Las Veqas Metropoliten Polisi açıqlayıb ki, əməliyyat zamanı ümumilikdə səkkiz nəfər saxlanılıb. Onların arasında yerli pastor da var.
Məlumatlara görə, Aleksandroviç əməliyyatdan əvvəl kibertəhlükəsizlik konfransında iştirak etmək üçün Las Veqasdadır. Hadisənin ictimailəşməsindən sonra onun LinkedIn profilinin silindiyi bildirilir.
Paylaşılan ekran görüntülərinə əsasən, həmin profildə Aleksandroviçin İsrailin Baş nazir Aparatına tabe olan Kiberdirektorluğun icraçı direktoru olduğu qeyd olunub. İsrail hakimiyyəti insidenti şərh edərək bunun “siyasi nəticə daşımadığını” bildirib.
Kənan Cəlilov


