AS TB 0 - 728x90
IMG 20260124 WA0123 scaled

ABŞ-də fırtına qorxusu: Supermarketlər boş qaldı

ABŞ-da gözlənilən güclü qış fırtınası ərəfəsində vətəndaşlar supermarketlərdə kütləvi alış-verişə başlayıb, nəticədə bir çox ştatda rəflər tamamilə boşalıb. Məlumatlara görə, yaxın günlərdə ölkə üzrə geniş əraziləri əhatə edəcək ekstremal hava şəraiti əhali arasında ciddi narahatlıq yaradıb.

Redaksiya xəbər verir ki, qarşıdan gələn qış fırtınasının təxminən 200 milyon insanı əhatə edəcəyi və 40 ştatda təsir göstərəcəyi gözlənilir. Texasdan Missisipiyə, eləcə də Vaşinqton şəhərinə qədər müxtəlif bölgələrdə alıcılar boş rəflərlə üzləşiblər və əsas ərzaq məhsulları sürətlə tükənib.

Missisipinin Oksford şəhərində yerləşən ərzaq mağazalarından birində çəkilən videolarda bir neçə dəhlizin tamamilə boşaldığı, süd və qablaşdırılmış içməli suyun demək olar ki, qalmadığı görünür. Eyni zamanda yumurta, kolbasa və sosiska kimi digər zəruri məhsulların da qıtlaşdığı bildirilir.

FOX Weather-in yaydığı xəbərə əsasən, sosial şəbəkələrdə paylaşılan foto və videolar ölkənin müxtəlif bölgələrində oxşar vəziyyətin yaşandığını təsdiqləyir. Vətəndaşlar həftəsonu gözlənilən sərt qış şəraitinə hazırlaşmaq məqsədilə ehtiyat toplamağa üstünlük verirlər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu