AS TB 0 - 728x90
1200px f 16 1

ABŞ hərbi təyyarələri Venesuela sahillərinə yaxın ərazidə görüldü

Venesuela sahillərinə yaxın bölgələrdə ABŞ-a məxsus hərbi təyyarələrin hərəkəti müşahidə olunub. Rəsmi Karakas bu vəziyyəti ölkənin təhlükəsizliyinə yönəlmiş açıq təxribat kimi qiymətləndirir.

Redaksiya xəbər verir ki, Venesuela müdafiə naziri Vladimir Padrino Lopes açıqlamasında ABŞ-ı açıq şəkildə ittiham edərək bildirib: “ABŞ dünyanın gözü qarşısında Venesuelanın təhlükəsizliyini təhdid edən təxribatlar həyata keçirir”.

Nazirin sözlərinə görə, Karakas beynəlxalq hüququn pozulmasına yol verilməməsi üçün bütün diplomatik və hərbi vasitələrlə öz ərazi bütövlüyünü qorumaqda israrlıdır. ABŞ tərəfi isə hələlik bu ittihamlara rəsmi cavab verməyib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu