AS TB 0 - 728x90
Img 20250622 104416 384.jpg

ABŞ İranın nüvə obyektlərini vurdu: Tramp “Fordo artıq mövcud deyil” dedi

ABŞ prezidenti Donald Tramp bu gecə İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı həyata keçirilən hava hücumunun uğurla tamamlandığını açıqlayıb. Tramp əməliyyatdan sonra verdiyi bəyanatda bildirib: “Bütün təyyarələr hazırda İran hava məkanından çıxıb. Böyük savaşçılarımızı təbrik edirik. Dünyada bunu edə biləcək başqa heç bir ordu yoxdur. İndi sülh zamanıdır.

Redaksiya xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, Fordo Nüvə Obyektinə edilən hücumda 4–6 ədəd B-2 “radara görünməyən” bombardmançı təyyarə iştirak edib. Fox News isə bu hücumda xüsusi olaraq sığınacaq deşici bombalardan istifadə edildiyini bildirib.

ABŞ prezidenti Tramp əməliyyatı “Amerika, İsrail və dünya üçün tarixi bir an” adlandırıb və əlavə edib: “Fordo Nüvə Obyekti artıq mövcud deyil.” O, həmçinin İranı dərhal dayanmağa çağıraraq xəbərdarlıq edib: “Əks halda, yenidən vuracağıq.

Reuters agentliyi İsrailin yüksək vəzifəli nümayəndəsinə istinadla bildirib ki, ABŞ İrana qarşı həyata keçirilən bu hücum barədə İsraili əvvəlcədən məlumatlandırıb və əməliyyatlar koordinasiyalı şəkildə aparılıb. İsrailin dövlət televiziyası KAN isə Netanyahu və Trampın əməliyyatdan əvvəl telefon danışığı apardığını təsdiqləyib.

İran Dövlət Televiziyası isə Fordo, Natanz və İsfahandakı obyektlərin hücumdan qısa müddət öncə boşaldıldığını açıqlayıb. Eyni zamanda, hücuma cavab olaraq bölgədə ABŞ-ın hərbi bazalarının yerləşdiyi ölkələrin xəritəsi efirdə göstərilib. Həmin xəritədə Türkiyə də yer alıb.

AFP xəbər agentliyi bildirib ki, İran hökuməti bombalanan obyektlərə yaxın şəhərlərin təxliyəsinə hazırlaşır. İran rəsmiləri bölgədəki bütün ABŞ vətəndaşlarının və hərbi bazalarının artıqqanuni hədəf” sayıldığını elan edib.

Sonda İsrail Baş naziri Benyamin Netanyahu çıxış edərək deyib: “Prezident Trampla biz daim bunu deyirik: Güc yoluyla sülh. Əvvəl güc gəlir, sonra sülh. Bu gecə prezident Tramp və ABŞ böyük bir güclə hərəkətə keçdi.

Hazırda bölgədə gərginlik maksimum səviyyəyə çatıb və yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu