ABŞ Müdafiə Nazirliyi, İranın nüvə proqramını hədəf alan hücumda yeddi ədəd B-2 “görünməz” bombardmançı təyyarənin və iki tondan artıq qanadlı raketin istifadə edildiyini təsdiqləyib. 75 bomba atılıb, 125-dən çox qırıcı təyyarə əməliyyata dəsdək verib.
Redaksiya xəbər verir ki, İsfahandakı nüvə obyektinə edilən zərbələr nəticəsində obyektin ciddi şəkildə zədələndiyi və İranın nüvə imkanlarına ağır zərbə vurulduğu bildirilir. ABŞ mediasının yaydığı məlumata görə, Fordo nüvə obyektinin tamamilə sıradan çıxarıldığına inanılır. Maxar peyk xidmətləri isə Fordo kompleksinə dair yeni peyk görüntülərini yayımlayıb.
ABŞ müdafiə naziri Pit Heqset: “İranın nüvə proqramı Trampın ‘güc yolu ilə sülh’ yanaşması ilə məhv edildi. Əvvəlki prezidentlər bunu xəyal edirdi, lakin yalnız Tramp dövründə bu reallaşdı.”
Sevinc Kərimova




