AS TB 0 - 728x90
Grandmart

Adnan Əhmədzadənin olduğu deyilən “Grand-Mart”ın milyonlarla manat borcu üzə çıxdı

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən “Grand-Mart” marketlər şəbəkəsinin dövlətə milyonlarla manat borcu üzə çıxıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, borcun nə zamandan bəri yarandığı məlum deyil.

Hazırda marketlər şəbəkəsinin 3 789 039.12 manat vergi borcu mövcuddur.

Vergi Məcəlləsinin müddəlarına görə isə vergi borcunun gecikdirilməsi sanksiyalarla nəticələnə bilər.

Qeyd edək ki, “Grand-Mart” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur. “Grand-Mart” MMC-yə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.

Xatırladaq ki, bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddia olunur.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu