Almaniyada keçirilən rəy sorğusu, hökumətin Qəzzaya dair qərarlarının cəmiyyətdə mübahisələrə səbəb olduğunu ortaya qoyub.
Redaksiya xəbər verir ki, YouGov-un sorğusuna görə, almanların 65 faizi İsrailə Qəzzada istifadə oluna biləcək silahların ixracının dayandırılmasını dəstəkləyib. Respondentlərin 19 faizi bu qərarı yanlış hesab edib, 16 faizi isə mövqe bildirməyib.
Avropa İttifaqı–İsrail Ortalıq Anlaşmasına münasibətdə isə cəmiyyət daha çox bölünüb. Respondentlərin 45 faizi Almaniya hökumətinin anlaşmanı dayandırmamaq siyasətini dəstəkləyib, 32 faizi bunun səhv olduğunu deyib, 23 faiz isə rəy bildirməyib.
Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti Qəzzanın şimalındakı Qəzza şəhərinin işğalını nəzərdə tutan planı təsdiqlədikdən sonra, Almaniya Kansleri Fridrix Mers 8 avqustda İsrailə silah ixracının dayandırıldığını açıqlamışdı.
Beləliklə, alman ictimaiyyəti hökumətin Qəzzaya dair addımlarını dəstəkləsə də, xüsusilə AB–İsrail əməkdaşlığı məsələsində parçalanmış mövqedədir.
Sevinc Kərimova


