AS TB 0 - 728x90
Visa.jpg

Almaniya Bakı Səfirliyi viza sistemində dəyişikliklərə başladı

Almaniyanın Azərbaycandakı səfirliyi viza müraciətləri ilə bağlı yeni mərhələyə keçdiyini açıqlayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, açıqlamada səfirlik artıq əvvəlki partnyor Visametric şirkəti ilə əməkdaşlığa son verərək, viza xidmətlərini bundan sonra TLScontact vasitəsilə həyata keçirəcək. Bu keçid müddətində viza müraciətləri ilə bağlı görüş tarixləri məhdudlaşa və gözləmə müddətləri uzana bilər.

Səfirlik həmçinin viza rüsumlarını da dəqiqləşdirib. Şengen vizası üçün 12 yaşdan yuxarı şəxslər 90 avro, Almaniyada uzunmüddətli qalmaq istəyənlər — yəni milli viza üçün müraciət edən 18 yaşdan yuxarı şəxslər isə 75 avro ödəməlidirlər. Müraciət formalarının alman, ingilis və ya Azərbaycan dillərində doldurulması tələb olunur.

Viza üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat Almaniya Bakı Səfirliyinin rəsmi saytında təqdim olunur. Səfirlik vətəndaşları məlumatları mütəmadi şəkildə yoxlamağa və yenilikləri diqqətlə izləməyə çağırır.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu