AS TB 0 - 728x90
1000227399.jpg

Alpaqut nümayəndə heyəti Daşkənddə idman tədbirində iştirak etdi – FOTO

Dünya Alpaqut Federasiyasının (DAF) nümayəndə heyəti bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən rəsmi idman tədbirində iştirak edib. Tədbir Özbəkistanın İdman naziri, eyni zamanda Beynəlxalq Kuraş Federasiyasının (BKN) birinci vitse-prezidenti Adxam İkramovun dəvəti ilə baş tutub.

Tədbirin mahiyyəti Kuraşın (özbək güləşi) beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyan “Kuraş idmanının inkişafının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans olub.

Tədbirdə müxtəlif ölkələrdən idman nümayəndələri iştirak edib, regional və beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub. Alpaqut nümayəndə heyətinin bu tədbirdə iştirakı, təşkilatın Mərkəzi Asiyada artan nüfuzunu bir daha nümayiş etdirib.

Rəsmi tədbirdən sonra nümayəndə heyəti Özbəkistanın milli döyüş sənəti olan Cəng Sənətinin qurucusu Pulat Usmanov ilə səmimi görüş keçirib. Görüş zamanı iki ölkə arasında idman əlaqələrinin möhkəmləndirilməsi, müxtəlif döyüş sənətlərində təcrübə mübadiləsi və Alpaqutun Özbəkistandakı inkişaf strategiyası müzakirə olunub.

Həmçinin, görüşdə idmanın sosial və mədəni aspektləri, gənclərin maarifləndirilməsi və milli dəyərlərin idman vasitəsilə təşviqi kimi mövzularda da fikir mübadiləsi aparılıb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu