AS TB 0 - 728x90
1745411644 image 750x 68088fa76a3ac.jpg

“Amerikanın Səsi” yenidən açıla bilər

Vaşinqton əyalətinin hakimi ABŞ administrasiyasına bağlamaq qərarına gəldiyi “Amerikanın Səsi” radiosunu və əlaqəli yayımçıları yenidən açmağı əmr edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, martın 14-də işdən çıxarılan və ya məzuniyyətə göndərilən “Amerikanın Səsi”nin bütün əməkdaşlarının işə bərpası və ABŞ Qlobal Media Agentliyindən (USAGM) yayımçıya maliyyənin bərpası planlaşdırılır.

Hakim həmçinin 2025-ci maliyyə ilinə qədər ABŞ-ın digər xarici yayım şəbəkələrinin, Radio Azad Asiya və Yaxın Şərq Yayım Şəbəkələrinin əməliyyatları üçün maliyyə ayrılmasına qərar verib.

Lakin Tramp administrasiyasının apellyasiya şikayəti verəcəyi gözlənildiyi üçün bu qərar “Amerikanın Səsi”nin fəaliyyətinin bərpası demək deyil.

1942-ci ildə qurulan “Amerikanın Səsi” xaricdə demokratiyanın təşviqinə yönəlmiş Amerikanın “yumşaq gücünün” əsas komponenti hesab olunurdu.

Martın ortalarından etibarən yayımçının bütün xidmətləri fəaliyyətini dayandırı

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu