AS TB 0 - 728x90
518402826 1179439394225030 4000784449400478045 n.jpg

“AnewZ” televiziya kanalının veb səhifəsində ”Opinion” bölməsi təqdim olunub

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “AnewZ” beynəlxalq xəbər və analitika telekanalının təşkilatçılığı ilə paralel tədbir keçirilib. Tədbir çərçivəsində əvvəlcə “AnewZ”un rəsmi veb səhifəsində fəaliyyətə başlamış “Opinion” bölməsinin təqdimatı baş tutub.

Telekanalın baş redaktor müavini Orxan Amaşov vurğulayıb ki, “Opinion” bölməsi regional və qlobal siyasi-iqtisadi proseslərə dair eksklüziv ekspert rəylərini, müəllif məqalələrini və analitik yazıları özündə cəmləşdirir. Bu bölmənin fəaliyyətə başlaması “AnewZ”un yalnız xəbər və yayım deyil, həm də nüfuzlu analitik platforma – “beyin mərkəzi” kimi inkişafını nəzərdə tutan strategiyanın tərkib hissəsidir.

Paralel tədbirin ikinci hissəsində “Təyinat: Şuşa, Azərbaycan” adlı sənədli filmin nümayişi keçirilib. 37 dəqiqəlik ekran işi 2025-ci il Xarıbülbül Musiqi Festivalının ab-havasını, Üzeyir Hacıbəyli və Bülbül muzeylərinin zəngin irsini, həmçinin tanınmış mədəniyyət xadimlərinin – Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yusif Eyvazov və başqalarının Şuşaya olan münasibətini əks etdirir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu