AS TB 0 - 728x90
Sened

Aqrar Sığorta Fondu sığortaçı seçib

Aqrar Sığorta Fondu işçilərinin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaksiya dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.

Qalib şirkətə 14 960 manat ödəniləcək.

Satınalma çərçivəsində Fondun işçilərinin 44 nəfər (kişi 28 və qadın 16) olduğu və hər bir işçi üçün təqdim olunan sığorta məbləğinin 15 min manat müəyyən edildiyi nəzərə alınıb.

Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 16 min manat ödənilib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu