AS TB 0 - 728x90
IMG 20251225 WA0206

Araşdırma göstərir: Mario tipli oyunlar stressi azaldır, xoşbəxtliyi artırır

Aparılan tədqiqatlar Mario tipli video oyunlarının insanların psixoloji vəziyyətinə müsbət təsir göstərdiyini ortaya qoyub. Bu tip oyunların sadə mexanikası və rəngarəng dünyası oyunçularda müsbət emosiyalar yaradır, gündəlik stressi azaltmağa kömək edir.

redaksiya məlumat verir ki, araşdırmalar zamanı “uşaq təfəkkürü və marağı” effekti əsas amillərdən biri kimi qiymətləndirilib. Məlumata görə, bu cür oyunlar xoşbəxtlik səviyyəsini təxminən otuz faiz artırır, emosional tükənmə riskini isə demək olar ki, yarıbayarı azaldır.

Mütəxəssislər bildirirlər ki, Mario tipli oyunlarla yanaşı oxşar təsirə malik alternativ layihələr də mövcuddur. Bu oyunlar arasında A Hat in Time, Psychonauts 2, Rayman Legends, Spyro Trilogy və Shovel Knight xüsusi olaraq qeyd olunur.

Qeyd olunur ki, belə oyunların müntəzəm, lakin ölçülü şəkildə oynanılması psixoloji sağlamlığın qorunmasına və iş yükündən yaranan gərginliyin azalmasına müsbət töhfə verə bilər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu