AS TB 0 - 728x90
01k6g0xkr4rp3wg1srq0sprb96

Avokado daxili piylərdən xilas olmağa kömək edir

Journal of Nutrition jurnalında dərc olunmuş yeni araşdırma göstərib ki, avokado qadınlarda bədənin yağ bölgüsünü yaxşılaşdırır.

E-saglam.az xəbər verir ki, alimlər bildirirlər ki, bu meyvə daxili orqanların ətrafında yığılan təhlükəli piylərin azalmasına müsbət təsir göstərir.

Daxili piylənmənin təhlükəsi qarın boşluğunda yığılan daxili (visseral) piylər şəkərli diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinin əsas risk faktorudur. ABŞ-da hər üçüncü böyüklükdə bu problem müşahidə olunur. Visseral piylər dərialtı piylərdən daha təhlükəlidir və onların azaldılması çətin hesab olunur.

İllinoys Universitetinin alimlərinin iştirakı ilə aparılan araşdırmada 25–45 yaş arası 105 artıq çəkili insan iştirak edib. Onların yarısı 12 həftə ərzində gündəlik rasionuna bir ədəd avokado əlavə edib, digərləri isə adi menyu ilə qidalanıb.

Nəticədə qadınlarda daxili piylərin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb, daxili və dərialtı piy nisbəti yaxşılaşıb. Kişilərdə isə belə dəyişiklik müşahidə edilməyib. Həm kişilərdə, həm də qadınlarda avokado qəbulu insulinə həssaslığı yaxşılaşdırmayıb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu