AS TB 0 - 728x90
IMG 20251230 WA0051

.az domen ödənişlərində nasazlıq istifadəçiləri çətin vəziyyətə salır

.az domeni Azərbaycanın ICANN tərəfindən qeydiyyata alınmış milli üst səviyyəli domenidir və ölkədə çoxsaylı internet resursları bu domen zonasında fəaliyyət göstərir. Müxtəlif vaxtlarda .az domenləri ilə bağlı texniki problemlər barədə məlumatlar yayılsa da, son günlərdə istifadəçilərin üzləşdiyi vəziyyət narahatlıq doğurur.

Redaksiya məlumat verir ki, Online.az platformasından bir neçə gün əvvəl sistemdə yenidənqurma işlərinin başladığı və yaxın zamanda xidmətin daha təkmil təqdim ediləcəyi barədə bizə cavab təqdim edilib. Lakin yeni il ərəfəsində onlayn ödənişlər zamanı əməliyyatların uğursuz nəticələndiyi, istifadəçilərin “ağ ekran” kimi təsvir edilən boş səhifədə ilişib qaldığı qeyd olunur.

Məlumata əsasən, platformada iki onlayn ödəniş üsulu mövcud olsa da, hər iki seçim eyni mərkəzə yönləndirilir və nəticədə proses tamamlanmır. Domen müddətinin bitməsinə az qalmış istifadəçilərin ödəniş etməyə tələsməsi fonunda bu nasazlıq riskləri artırır.

İstifadəçilər gün ərzində Online.az platformasına çoxsaylı zənglər etdiklərini, lakin cavab ala bilmədiklərini bildirirlər. Problemin arxa planda aradan qaldırılması üçün işlərin görülüb-görülmədiyi və nasazlığın nə vaxt həll olunacağı barədə hələlik dəqiq məlumat yoxdur.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu