AS TB 0 - 728x90
IMG 20251205 WA0075 scaled

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

Dekabrın 4-18-də keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub. Forumun açılış mərasimi dekabrın 4-də Bakı Konqres Mərkəzində keçirilib və 3500-ə yaxın Azərbaycan Könüllüsü bir araya gəlib. Tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və ölkədə könüllülük fəaliyyətinin daha da genişlənməsi, gənclərin sosial məsuliyyətlərinin artırılması məqsədilə təşkil edilib.

Redaksiya xəbər verir ki, forum çərçivəsində dövlət rəsmiləri çıxış edərək ölkədə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində görülən işlərdən danışıb, Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi dəstəyi vurğulayıblar. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev isə 2025-ci ildə həyata keçirilmiş layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib, gələcəkdə yeni təşəbbüslərin irəli sürüləcəyini bildirib. Forum zamanı həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə həsr edilmiş videoçarxlar və könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş olunub, 50-dən çox könüllü “İlin Könüllüsü” mükafatı ilə təltif edilib.

Forum çərçivəsində könüllülər üçün sərgi, musiqili hissə və xatirə fotosu təşkil edilib. Həmçinin, “Suveren Azərbaycan” intellektual liqası, “Könüllü Saatı”, “Zəfər atışı” atıcılıq turniri, “Könüllü ol” infosessiyaları, Birlikdə 5 il – Könüllülük Festivalı, Ulu Miras, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihələr də keçiriləcək. Tədbir gənclərin ictimai fəallığının artırılması və könüllülük hərəkatının genişləndirilməsi baxımından önəmli tədbir kimi diqqət çəkib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu