AS TB 0 - 728x90
Manat

Azərbaycan manatının dövretmə sürəti oktyabrda artıb

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Redaksiya Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd çox, ilin əvvəli ilə müqayisədə eyni, ötən il noyabrın 1-nə nisbətən isə 0,14 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu