AS TB 0 - 728x90
1000373349

Azərbaycan Qəzzaya hərbi qüvvə göndərəcək?

Qəzza zolağında sabitlik və təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq qüvvə yaradılması müzakirə olunur. ABŞ Müharibə Nazirliyinin rəsmisinin bildirdiyinə görə, bu qüvvəyə qoşun göndərmək üçün Azərbaycan, Pakistanİndoneziya əsas namizədlər arasında göstərilib.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələlik heç bir ölkə rəsmi şəkildə öhdəlik götürməyib. ABŞ rəsmisi qeyd edib ki, bu ölkələr sabitləşmə prosesinə qoşulmaqda ən çox maraq göstərən tərəflərdir.

Politico nəşrinin məlumatına görə, missiyanın əsas məqsədi atəşkəs rejiminə nəzarət etmək, bölgədə təhlükəsizliyin bərpası və humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etmək olacaq.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu