AS TB 0 - 728x90
Bank 1.jpg

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Mayın 21-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesindəki “Atabank” və “Texnika Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Redaksiya xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Atabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 542 min manat olan 270,9 kv.metrlik 2 ədəd qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 525 min manat olan 252,6 kv.metrlik və dəyəri 505 min manat olan 251,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu