AS TB 0 - 728x90
Manatpul.jpg

Azərbaycanda əmanətlər bahalaşır

2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda bankların manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,87 faiz təşkil edib.

Redaksiya Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi hüquqi şəxslər üzrə 7,11 faiz, fiziki şəxslər üzrə isə 10,21 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,94 faiz bəndi və 0,90 faiz bəndi artıb.

Qeyd edək ki, bu ilin 5 ayında banklar cəlb etdikləri depozit və əmanətlərə görə 498,6 milyon manat faiz ödəyiblər.

Xatırladaq ki, cari il iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 38 milyard 179,3 milyon manata bərabər olub.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu