AS TB 0 - 728x90
Screenshot 20250627 001801 telegram1.jpg

“Azərbaycanfilm” kinostudiyasının ərazisində partlayış baş verib — rəsmi açıqlama

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş partlayışla bağlı Mədəniyyət Nazirliyi operativ məlumat yayıb.

Redaksiya xəbər verir ki, 2025-ci il 26 iyun tarixində kinostudiyanın arxa hissəsində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda partlayışın dəqiq səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Paralel olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, texniki ekspertlər və müvafiq qurumların nümayəndələri hadisə yerindədir.

Əlavə məlumat veriləcəyi açıqlanıb.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu