AS TB 0 - 728x90
17653693825066211096 1200x630

“Azərxalça” ASC Bəhreyndə ilin ən böyük sərgisi “Mara’ee 2025”in iştirakçısı olub

Bəhreyn Beynəlxalq Dözümlülük Kəndində 8-ci “Mara’ee 2025” sərgisi açılıb. Sərgi Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında dekabrın 8-dən 13-dək Saxir şəhərində keçirilir. Bu tədbir regionun ən böyük xüsusi sərgisidir və Krallığın davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyinə sadiqliyini inkişaf etdirmək üçün vacib platforma rolunu oynayır.

Bu barədə  “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, sərgidə kənd təsərrüfatı, incəsənət sərgisi, fermerlər və heyvandarlıq bazarları, eləcə də əlavə fəaliyyətlər daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdim olunub. Tədbirin iştirakçıları sırasına Körfəz Əməkdaşlıq Şurası və ərəb ölkələri ilə yanaşı, digər dəvət olunmuş xarici ölkələr, o cümlədən Azərbaycan da daxildir. Həmçinin proqramda yer alana beynəlxalq at sərgisində Azərbaycanın Qarabağ atları da geniş təqdimatla iştirak edib.

“Mara’ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən “Azərxalça” ASC-nin yaradıcı heyəti Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin müxtəlif xalça kolleksiyalarından nümunələrlə yanaşı, əsl əl işi olan milli xalçaların nümayişi baş tutub.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə də tanış olublar. Eyni zamanda, iştirakçılar Azərbaycan xalçaları barədə ətraflı məlumat alıb, onlarla xatirə şəkli çəkdirib və azərbaycanlı toxucu xanımla əsl əl işi Qarabağ xalçasının toxunmasında iştirak etmək fürsəti qazanıblar.

1
1
1
1
1
1
1
1
1
AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu