Körfəz bölgəsində tətbiq edilən hava məkanına müvəqqəti məhdudiyyətlər Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən bir sıra reyslərin planlaşdırılmış marşrutunu dəyişib.
Redaksiya xəbər verir ki, 23 iyun 2025-ci il tarixində Bakıdan havaya qalxan beynəlxalq reyslər təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.
“Qatar Airways” aviaşirkətinin Bakı–Doha reysi və “Kuwait Airways”in Bakı–Küveyt reysi Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında eniş edib. “Wizz Air Abu Dhabi” aviaşirkətinin Bakı–Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanına endirilib.
Hazırda bölgədə hava məkanında tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır və uçuş cədvəllərində dəyişikliklərin mümkün olduğu qeyd edilir.
Sevinc Kərimova


