AS TB 0 - 728x90
Buz scaled

Bakı–Şamaxı-Yevlax yolunda buzlaşma

Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.

Redaksiya AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub.

Bakı–Şamaxı–Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı–Lahıc və Muğanlı–İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.

Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu