AS TB 0 - 728x90
Bina

Bəzi şəhid ailələri və əlilliyi olan şəxslərə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Salyan rayonunda üç otaqdan ibarət altı, iki otaqdan ibarət doqquz mənzilin alınması üçün tender elan edib.

Mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.

Xidmət tərəfindən 15 mənzilin alınması müqabilində 1 262 250 manat ödəniş edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünən xidmət tərəfindən Neftçala rayonunda da şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulan üç otaqdan ibarət 20 mənzilin alınması ilə bağlı tender elan edilib. (Oxu.az)

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu