AS TB 0 - 728x90
491211844 1083441167146589 5368807326227486386 n.jpg

Biləsuvarda “Əmək yarmarkası” keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən Biləsuvar rayonunda növbəti “Əmək yarmarkası” keçirilib.

Redaksiya-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov iştirak edib.

Yarmarkada Biləsuvar rayonunda işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən 408 vakant iş yerləri təqdim edilib. Təklif olunan vakansiyalar iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq əsasən kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.

Əmək yarmarkasının açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov çıxış edərək yarmarkanın keçirilməsində əsas məqsədin rayonda işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və onların məşğulluğunun təmin edilməsinə dövlət dəstəyinin göstərilməsi olduğunu bildiriblər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu