Britaniyalı musiqiçi, ağır metal janrının əsas simalarından biri sayılan Ozzi Osborn bu gün 76 yaşında vəfat edib.
Redaksiya xəbər verir ki, Osborn uzun illərdir Parkinson xəstəliyindən əziyyət çəkirdi və səhhətindəki ciddi problemlər səbəbilə son illər səhnədən uzaq qalmışdı. O, ailəsinin verdiyi məlumata əsasən, həyatının son anlarını yaxınlarının əhatəsində, sakitlik və məhəbbət içində keçirib.
Ozzi Osborn həm Black Sabbath qrupu ilə, həm də solo fəaliyyəti ilə dünya musiqisində dərin iz qoymuş sənətçidir. Onun “Crazy Train”, “No More Tears” kimi məşhur ifaları və səhnə performansları bir neçə nəsil üçün ilham mənbəyi olmuşdur. Musiqi ictimaiyyəti bu gün onu böyük ehtiramla yad edir.
Kənan Cəlilov


