AS TB 0 - 728x90
1768814892 ce38d66f5c59b8457f2e75e7c8866f90 untitled

Bu il 165 uşaq övladlığa veriləcək

2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu