Mütəxəssislər xəbərdarlıq edirlər ki, TikTok, Instaqram, YouTube Shorts qısa videoları beynə təsir baxımından spirtli içkilərdən qat-qat zərərlidir. Araşdırmalar göstərir ki, bu məzmun sürətli və ucuz dopamin ifrazına səbəb olur, nəticədə isə sinir sistemi və beyin fəaliyyəti ciddi şəkildə zədələnir.
Redaksiya xəbər verir ki, neyrobioloqlar bu vəziyyəti narkotik asılılığı ilə müqayisə edirlər. Onların sözlərinə görə, istifadəçilərdə formalaşan vərdiş heroin aludəçilərinin asılılıq mexanizminə çox bənzəyir.
Məlumata görə, telefon vasitəsilə fasiləsiz video izləyən insanlarda prefrontal beyin qabığı zəifləyir. Bu nahiyə məhz diqqətin cəmlənməsi, öyrənmə, oxu, iş, dözümlülük və iradə kimi əsas funksiyalara cavabdehdir.
Mütəxəssislər bildirirlər ki, gündəlik şorts izlənməsi nəticəsində cəmi 2-3 ay ərzində bu hissə fəaliyyətini itirə və insanda hətta sadə tapşırıqlara belə diqqət toplama çətinliyi yarana bilər.
Həkimlərin yekun çağırışı qətidir: beynin və sinir sisteminin sağlamlığını qorumaq üçün telefon istifadəsini təcili şəkildə məhdudlaşdırmaq vacibdir.
Aytac Dəniz


