AS TB 0 - 728x90
Img 20251002 000349 975

Discord-da kütləvi qadağalar: sərt senzura tətbiq olunur

Populyar ünsiyyət platforması Discord son günlərdə yeni qaydalarla bağlı böyük narazılıq doğurub. İstifadəçilər bildirirlər ki, şirkət Böyük Britaniya və Avstraliyada qəbul edilən yeni qanunların təsiri ilə kütləvi qadağa siyasəti həyata keçirir.

Redaksiya xəbər verir ki, Discord-un yenilənmiş istifadəçi müqaviləsindən sonra platformada senzura misli görünməmiş dərəcədə sərtləşdirilib. İstifadəçilər artıq bu səbəblərə görə hesablarını itirirlər:

  • Yaşla bağlı zarafatlar və ya “12 yaşım var” tipli ifadələr – dərhal qadağa.
  • Din, milli siyasət, azlıqlar, ölüm və ailə ilə bağlı mövzulara toxunmaq – hesabın bağlanması ilə nəticələnir.
  • Bir çox hallarda hətta Discord-u tənqid edən serverlərdə üzv olmaq belə qadağa üçün əsas sayılır.

Maraqlıdır ki, bəzi hallarda istifadəçilər hətta nifrət nitqinə qarşı çıxdıqları üçün də cəzalandırıldıqlarını iddia edirlər. Məsələn, bir gənc qadının yalnız başqalarını müdafiə etdiyi üçün platformadan uzaqlaşdırıldığı bildirilir.

Bu addımlar qlobal oyun və ünsiyyət icmasında böyük rezonans yaradıb. İstifadəçilərin bir hissəsi Discord-u “ifrat senzura”da günahlandırır və alternativ platformalara köçməyə çağırır.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu