Şri Lankada dünyanın ən böyük sapfiri ictimaiyyətə təqdim edilib. “Star of Pure Land” adlandırılan qiymətli daşın çəkisi 3563 karat təşkil edir və onun dəyəri ən azı 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
Redaksiya məlumat verir ki, bu rekordçu sapfir yalnız ölçüləri ilə deyil, həm də nadir optik xüsusiyyəti ilə seçilir. Daşın səthində altı şüalı ulduz formasında görünən asterizm effekti müşahidə olunur ki, bu hal minerallarda nadir rast gəlinən vizual xüsusiyyət hesab olunur.
Cilalanmış sapfir “Star of Pure Land” komandasına məxsusdur. Qiymətli daş 2023-cü ildə Ratnapura şəhəri yaxınlığında aşkar edilib. Ratnapura uzun illərdir “qiymətli daşlar şəhəri” kimi tanınır.
Məlumata görə, hazırda daşın sahibləri onu yenidən satışa çıxarmağa hazır olduqlarını bildiriblər. Bu isə dünya qiymətli daş bazarında böyük marağa səbəb olub.


