Henley Pasport İndeksi 2025 hesabatına əsasən, dünya üzrə ən güclü pasportlara malik ölkələr müəyyənləşdirilib. Sıralama ölkələrin vizasız səfər edə bildikləri ölkələrin sayına görə tərtib olunub.
Redaksiya xəbər verir ki, siyahının ilk pilləsində 194 ölkəyə vizasız giriş imkanı təqdim edən Sinqapur qərarlaşıb.
İlk beşlik belə formalaşıb:
- Sinqapur
- Cənubi Koreya və Yaponiya
- Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya və İspaniya
- Avstriya, Belçika, Lüksemburq, Niderland, Norveç, Portuqaliya və İsveç
- Yunanıstan, İsveçrə və Yeni Zelandiya
Türkiyə 46-cı sırada qərarlaşıb və vətəndaşları 118 ölkəyə vizasız səfər edə bilir.
Azərbaycan isə bu il 68-ci yeri tutub. Azərbaycan pasportu ilə hazırda 72 ölkəyə vizasız və ya sadələşdirilmiş rejimdə giriş mümkündür.
Hesabatda ölkələrin diplomatik nüfuzu, təhlükəsizlik reytinqləri və qlobal mobillik imkanları da nəzərə alınıb.
Fərid Əlizadə


