AS TB 0 - 728x90
17696965525705447369 1200x630

“Əmək bazarı” bülleteninin 5-ci sayı hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Əmək bazarı” bülleteninin 5-ci buraxılışı “Regionların məşğulluq xəritəsi” mövzusuna həsr olunub.

Agentliyin kommunikasiya departamentindən Redaksiya-ya verilən məlumata görə, bülletenin əsas məqsədi regionlarda fəaliyyət göstərən işəgötürənlərin hansı peşə qrupları üzrə işçi tapmaqda çətinlik yaşadıqlarını, namizədlərlə bağlı əsas problemləri necə qiymətləndirdiklərini, bacarıq, təcrübə və əmək davranışı ilə bağlı gözləntilərini müəyyən etmək və həmin məlumatlar əsasında regionlar üzrə məşğulluq mənzərəsini formalaşdırmaqdır.

Bülleten regionlarda fəaliyyət göstərən işəgötürənlər və insan resursları sahəsində qərarverici mövqedə olan mütəxəssislər arasında aparılmış sorğunun nəticələri əsasında tərtib edilib.

Təqdim olunan məlumatlar regionlar üzrə məşğulluq vəziyyətinə dair ümumi mənzərəni əks etdirir, işəgötürənlərin qarşılaşdıqları əsas çətinlikləri və peşə-bacarıq ehtiyaclarını ümumiləşdirilmiş formada təqdim edir.

Onlayn formada keçirilmiş sorğuda respondentlərin 38,3 faizi insan resursları üzrə rəhbər şəxs, 31,1 faizi digər rəhbər vəzifəli şəxs, 30,6 faizi isə rəhbər şəxs olub.

Sorğunun nəticələri göstərir ki, regionlarda məşğulluqla bağlı əsas çağırış vakansiyaların mövcudluğundan daha çox, vakansiya tələbləri ilə mövcud namizəd profili arasında uyğunluğun zəif olmasıdır. Bülleten regionlar üzrə əmək bazarında formalaşan əsas tendensiyaları, işəgötürənlərin real ehtiyaclarını və bacarıq boşluqlarını analitik yanaşma əsasında təqdim etməklə məşğulluq sahəsində qərarların dəqiq məlumatlara əsaslanmasına töhfə verir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu