AS TB 0 - 728x90
Hd20kb974mu9xkz8gdiqehuvzezs7zc7

Ermənistan sərhəd möhüründən Ağrı dağının təsviri çıxarılacaq

Ermənistan hökuməti 2011-ci il 12 may tarixli “Ermənistan Respublikasının dövlət sərhəd rejiminin təsis edilməsi haqqında” qərara dəyişiklik edib. Yeni qərara əsasən, 2025-ci il 1 noyabrdan etibarən ölkəyə giriş-çıxış zamanı sərhəd xidməti tərəfindən istifadə olunan möhür üzərində Ağrı dağının təsviri yer almayacaq.

Redaksiya News Armenia-ya istinadla xəbər verir ki, 2025-ci il 11 sentyabrda qəbul edilən dəyişikliklərə görə, möhür üzərində yalnız “ՀԱՅԱՍՏԱՆ” və “ARMENIA” sözləri, dövlət sərhədini keçid məntəqəsinin adı, gün, ay və il, həmçinin hava, dəmir yolu və ya avtomobil buraxılış məntəqələrinin fərqləndirici nişanları qeyd olunacaq.

Qeyd edək ki, 2011-ci il 12 may tarixli hökumət qərarına əsasən, həmin vaxtkı möhürlərdə “ՀԱՅԱՍՏԱՆ ՀԱԿ” və “ARMENIA BS” sözləri, yoxlama nömrəsi, giriş və ya çıxış işarəsi, möhürün nömrəsi ilə yanaşı, Ağrı dağı və digər buraxılış nişanları təsvir olunmuşdu.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu