Estoniya Müdafiə Nazirliyi Rusiyaya məxsus təyyarələrin ölkənin hava məkanını pozduğunu göstərən xəritə yayıb. Qurumun məlumatına görə, insident 12 dəqiqə davam edib və Rus təyyarələri bölgədən İtaliya qırıcıları tərəfindən uzaqlaşdırılıb.
Redaksiya xəbər verir ki, Çexiya Prezidenti məsələ ilə bağlı açıqlamasında bu davranışları “təhlükəli və məsuliyyətsiz” adlandırıb. O, Türkiyənin də keçmişdə oxşar təcrübə yaşadığını xatırladaraq, belə halların təyyarələrin vurulmasına gətirib çıxara biləcəyini bildirib.
Dövlət başçısı əlavə edib ki, heç bir tərəf bu kimi nəticələrdə maraqlı deyil və NATO-nun hava məkanı pozuntularına uyğun cavab verməsi vacibdir.


