Avropa və Asiyada aşkarlanan “Frankenşteyn” adlı yeni Covid-19 variantı son günlərdə sürətlə yayılmağa başlayıb.
Redaksiya xəbər verir ki, türkiyəli infeksionist, professor Şevkət Özkaya virusun artıq Türkiyədə də qeydə alındığını bildirib. Onun sözlərinə görə, “hazırda xəstələrimizin vəziyyəti kritik deyil, lakin variantın yoluxuculuğu çox yüksəkdir.”
Mütəxəssislər bu variantın əvvəlkilərdən daha tez yayıldığını, lakin indiyədək ağırlaşma hallarının az müşahidə olunduğunu qeyd edirlər. Epidemioloqlar isə əhalini diqqətli olmağa və peyvəndlənməni laqeyd yanaşmamağa çağırırlar.


