AS TB 0 - 728x90
Img 20250805 170522 164.jpg

Geopolitical Futures: “Türkiyənin vaxtı çatıb”, “Azərbaycanın Qarabağ siyasətinə verdiyi dəstək”

ABŞ mərkəzli Geopolitical Futures analitik mərkəzi Türkiyənin artan geosiyasi təsirini əks etdirən yeni hesabat yayıb.

Redaksiya xəbər verir ki, hesabatda Qara dənizdən Yaxın Şərqə, Qafqazdan Balkanlara qədər bir çox bölgədə Türkiyənin mövqelərini gücləndirdiyi qeyd olunur. Mərkəzə görə, Rusiya, İran və İsrail kimi regional güclər müharibələrlə zəifləyərkən, Türkiyə böyük ordusu, dayanıqlı iqtisadiyyatı və çevik diplomatiyası ilə ön plana çıxır.

Ankaranın Azərbaycanın Qarabağ siyasətinə verdiyi dəstək Qafqazdakı güc balansını dəyişib. Yaxın zamanda imzalanması gözlənilən sülh sazişi ilə Zəngəzur dəhlizinin açılması və Türkiyənin Orta Asiyaya çıxış planlarının güclənəcəyi vurğulanır.

Hesabata görə, İsrail–İran qarşıdurmasından ən çox fayda götürən ölkə də Türkiyə olub. Ankara Suriyadakı nüfuzunu artırıb, eyni zamanda ərəb ölkələri ilə əlaqələrini bərpa edib. Balkanlarda isə “Balkan Sülh Platforması” təşəbbüsü ilə Serbiyadan Kosovoya qədər bir çox ölkəni eyni masaya gətirib.

Qara dənizdə NATO ilə koordinasiyalı addımlar atan Türkiyə, Rumıniya, Bolqarıstan və Gürcüstanla əlaqələrini dərinləşdirir. Rusiya zəiflədikcə Türkiyənin regional təsiri daha da artır.

Geopolitical Futures qeyd edir: “Böyük güc olmağın yolu fürsətləri düzgün oxumaqdan keçir. Türkiyə bu fürsətləri yaxşı qiymətləndirərək artıq öz bölgəsində oyun quran gücə çevrilib.”

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu