AS TB 0 - 728x90
1400x788gunes parlamalari laboratuvarda ilk kez yeniden uretildi

Günəşdə növbəti güclü partlayış baş verib

Fevralın 9-da səhər Günəşdə sonuncu güc sinfinə (M) aid partlayış baş verib.

Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (Federal Dövlət Büdcə Qurumu “IPG”) məlumat verilib.

Hesabatda qeyd olunub ki, “Fevralın 9-da Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə saat 06:27) 4366 nömrəli günəş ləkəsi qrupunda (N17W56) rentgen diapazonunda 30 dəqiqə davam edən M2.8 partlayış qeydə alınıb.

Daha əvvəl, fevralın 8-də 4366 nömrəli aktiv bölgəsinin M və X sinifli günəş partlayışlarının sayına görə 21-ci əsrin yeni rekordunu qırdığı bildirilmişdi. Belə hadisələrin ümumi sayı 66-ya çatıb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu