AS TB 0 - 728x90
Img 20250725 010544 979.jpg

“Handala” gəmisilə əlaqə itib – ətrafında dronlar müşahidə olunur

Qəzzaya humanitar yardım aparan “Handala” gəmisilə rabitə tamamilə kəsilib.

Redaksiya xəbər verir ki, bu barədə “Azadlıq Donanması Koalisiyası” məlumat yayıb. Bildirilib ki, gəminin yaxınlığında çoxsaylı pilotsuz uçuş aparatları – dronlar müşahidə olunur və onun yolu kəsilmiş və ya hücuma məruz qalmış ola bilər.

Qəzza blokadasını yarmaq məqsədilə İtaliyanın limanından yola çıxan “Handala” gəmisində yardım qrupları və fəallar da mövcuddur. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, bölgədə vəziyyət son dərəcə gərgindir və gəminin taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu