AS TB 0 - 728x90
Xurma

Həkim xəbərdarlıq etdi: Xurma hər kəs üçün faydalı deyil!

Şəkərli diabeti olan insanlar xurmanın qəbulunu məhdudlaşdırmalıdırlar.

Ölkə.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə qastroenteroloq həkim Yelena Pexotina danışıb.

Mütəxəssisin sözlərinə görə, tərkibində şəkərin çox olması səbəbindən xurmanın həddindən artıq qəbulu qəbizliyə və qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər:

“Buna görə də şəkərli diabeti olan insanlar xurmanı az miqdarda yeməlidirlər.

Həm şəkərli diabeti olan, həm də qəbizliyə meyilli insanlar xurmanı məhdud miqdarda — gündə bir-iki kiçik meyvə olmaqla qəbul etməlidirlər”.

Həkim əlavə edib ki, xurma antioksidantlar, karotinoidlər, C vitamini və kaliumla zəngindir. Onun sözlərinə görə, bu meyvə damarları möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, həmçinin bağırsaqların və immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu