AS TB 0 - 728x90
IMG 20260208 WA0013 scaled

Həkimlərdən tövsiyə: Nar mövsümi xəstəliklərə qarşı təbii qoruyucudur

Mövsümi xəstəliklərin artdığı dövrdə həkimlər immunitetin gücləndirilməsi üçün təbii qidaların rasiona daxil edilməsini tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, nar bu baxımdan xüsusilə faydalı meyvələrdən biridir və qripə qarşı təbii qoruyucu təsir göstərə bilər.

Redaksiya xəbər verir ki, həkimlərin açıqlamalarına əsasən, narın dənələri və qabığında olan punikalagin adlı polifenol maddəsi virusun orqanizmdə yayılmasının qarşısını alır, immun sistemini gücləndirir və bədən temperaturunun aşağı salınmasına kömək edir. Bu maddə iltihabəleyhinə təsiri ilə də tanınır.

Bildirilib ki, nar təkcə qripə qarşı deyil, həmçinin herpes və listeriya kimi infeksiyalara qarşı da effektiv ola bilər. Mütəxəssislər qeyd edirlər ki, bu meyvənin müntəzəm istifadəsi orqanizmin ümumi müqavimətini artırır və sağalma prosesini sürətləndirə bilər.

Eyni zamanda, narın lif və vitaminlərlə zəngin olduğu vurğulanır. Bu xüsusiyyətlər həzm sisteminin fəaliyyətini dəstəkləyir və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Həkimlər sağlam qidalanmanın bir hissəsi kimi narın mövsüm ərzində rasiona daxil edilməsini məqsədəuyğun hesab edirlər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu